Oğruya da mərhəmət

Mövlana bir gecə namaz qılırdı, yəni meracda idi.
" Eşq sultanı " bir başqa dünyanın insanı idi. Nə evində idi, nədə dünyada. Hüzurunda hüzür tapdığı Rəbbinin yanında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi.
Mövlananın otağına girdi və oradan yerə sərilən xalçanı götürüb getdi.
Bir-neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi.
Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi:
Ardı →

«Paris Notr-Dam kilsəsi»| Viktor Hüqo

Viktor Hüqo yaşadığı dövr haqqında düşüncələri bəşər tarixinin ümumi konsepsiyası və yazdığı romanda hadisələrin cərəyan etdiyi on beşinci əsr haqda təsəvvürləri ilə yaxından səsləşirdi. Roman “Paris Notr-Dam kilsəsi” adlandırılır və 1831-ci ildə işıq üzü görür. “Paris Notr-Dam kilsəsi” 1820-ci ildə fransız ədəbiyyatında əsası qoyulan ənənənin davamı oldu. Romanda isə diqqət tarixçinin unutduğu və ya əhəmiyyət vermədiyi məsələlər üzərində cəmlənir.


Ardı →

Viktor Hüqo

Viktor Hüqonun 79-cu ad günündə Paris və Fransiya milli bayram kimi qeyd edirdi. Eylau küçəsində triumfal  arka quraşdırmışdılar.


Hüqonun evinin qarşısından 600 min parisli keçəndə nəvələriylə pəncərənin qarşısında durmuş Hüqo öz pərəstişkarlarına minnətcasına baş əyirdi. Yarım il sonra küçənin adını da dəyişdirib Viktor Hüqo küçəsi qoyurlar. Öz küçəsində Hüqo hələ 4 il də yaşadı. Son mənzilə yola salınanda isə camaat onun tabutu ardıyca dəniş kimi axışırdı. İki ağ qızılgülləri çələngindən başqa heç nə ilə bəzənməmiş cənazə arabasının qabağınca 200 min parisli gedir, 2 milyondan artıq fransalı isə yol boyu düzülmüşdü. Vəsiyyətnaməsində Hüqo belə yazmışdı: «Mən 50 min frankı kasıblarçün qoyub gedirəm. İstəyirəm ki, məni yoxsullar üçün nəzərdə tutulan arabada yola salsınlar. Bütün kilsələrdə matəm mərasimindən imtina edirəm. Hamıdan mənim ruhumçün dua etməyi rica edirəm. Allaha inanıram. Viktor Hüqo»


Ardı →